Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Kasımpaşa” – “Konyaspor” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Karagümrük” evdə “Qaziantep”ə 2 cavabsız qolla uduzubsa, “Başakşəhər” “Göztəpə”yə səfərdə uduzub.
“Samsunspor”un qonağı olmuş “Fənərbağça” isə bu turda xal itkisi ilə üzləşib.
Beləliklə, 22 xalı olan “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 17 xalla ikinci yerdə qərarlaşıb. “Göztəpə” və “Fənərbağça”nın 16, “Qaziantep”in 14, “Beşiktaş” və “Samsunspor”un 13 xalı var.
Türkiyə, Super Liqa
8-ci tur
3 oktyabr
Antalyaspor – Rizəspor 2:5
Qollar: S.Dikmen, 13. Kvançara, 89 – Rak-Sakyi, 4; 48. Yureçka, 9. Zeqiri, 86. Mihayla, 90+1.
Trabzonspor – Kayserispor 4:0
Qollar: O.Yokuşlu, 12. F.Auqusto, 53. Zubkov, 56. Onuaçu, 90+5-pen.
4 oktyabr
Gənclərbirliyi – Alanyaspor 2:2
Qollar: Zuzek, 66. Nyanq, 76-pen – Haci, 14. Hvanq, 69.
Kocaelispor – Eyüpspor 1:0
Qol: Petkoviç, 85-pen.
Qalatasaray – Beşiktaş 1:1
Qollar: İ.Gündoğan, 55 – T.Abraham, 12.
5 oktyabr
Kasımpaşa – Konyaspor 1:1
Qollar: Vink, 72 – Muleka, 22.
Karagümrük – Qaziantep 0:2
Qollar: Maksim, 55-pen. Kozlovski, 69.
Göztəpə – Başakşəhər 1:0
Qol: Juan Santos, 43.
Samsunspor – Fənərbağça 0:0


