“Milan”ın iki futbolçusu millinin düşərgəsindən zədəli qayıtdı

İtaliyanın “Milan” klubunun iki futbolçusu – Rafael Leao və Kristian Pulişiç ölkələrinin milli komandalarının heyətində zədə alıb.

Arena.az xəbər verir ki, ABŞ yığmasının hücumçusu Kristian Pulişiç millinin heyətində Avstraliyaya qarşı keçirdikləri matçda zədələnib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

Sözügedən matç amerikalıların 2:1 hesablı qələbəsi ilə bitib. Pulişiçin durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Portuqaliya millisinin hücumçusu Rafael Leao da yığmanın düşərgəsindən zədəli qayıdıb. Əslində, 26 yaşlı futbolçu “Milan”ın heyətində İtaliya Kuboku oyununda aldığı zədəsini hələ tam sağaltmadan yığmaya yollanmışdı. Yığmanın baş məşqçisi Roberto Martines forvardın 29 dəqiqə meydanda olduğu İrlandiya ilə görüşdəki performansından narazı qalıb. Bu üzdən də o, DÇ-2026-nın seçmə mərhələsində Macarıstanla oyunda iştirak etməyib. Leao müayinəsini davam etdirmək və tez sağalmaq üçün klubunun düşərgəsinə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: