Əvəzedicilər Liqası: “Qarabağ” – “Neftçi” matçında 6 qol

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 7-ci tura bu gün start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Qarabağ”la “Neftçi”nin ikinci komandaları üz-üzə gəliblər. Altı qolluq oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Turun qalan oyunları oktyabrın 18-də, 19-da və 20-də keçiriləcək.

Əvəzedicilər Liqası
7-ci tur

17 oktyabr

“Qarabağ-2” – “Neftçi-2” 2:4
Qollar: Murad Məmmədov, 29. Bəhruz Qurbanlı, 83 – Vüsal Kərimov, 24. Nihad Əliyev, 50. Aslan Şirinov, 64. Həsən Mahmudov, 90.
Hakimlər: Elvin Bayramov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:30.

18 oktyabr

“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

19 oktyabr

“Sabah-2” – “Şamaxı-2”
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Ağadur Mahmudov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı Olimpiya Stadionu (3-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Rəşad Əhmədov, Sadiq Əliyev, Ruslan Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena” (ehtiyat meydança), 16:00.

20 oktybar

“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: