Premyer Liqa: “Liverpul” “Mançester Yunayted”ə də uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda “Aston Villa”ya uduzub. Hesabı London təmsilçisi açsa da, qonaqlar əzmkar qələbəyə seviniblər.

“Liverpul” da “Mançester Yunayted”lə ev oyununda xalsız qalıb. Son çempion cari mövsümdə üçüncü məğlubiyyətinə üzülüb.

Tura oktyabrın 20-də keçiriləcək “Vest Hem” – “Brentford” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
8-ci tur

18 oktyabr

Nottingem Forest – Çelsi 0:3
Qollar: Açimponq, 49. Neto, 52. R.Ceyms, 84.

Brayton – Nyukasl 2:1
Qollar: Uelbek, 41; 84 – Voltemade, 76.

Börnli – Lids 2:0
Qollar: Uqoçukvu, 18. Tçauna, 68.

Kristal Pelas – Bornmut 3:3
Qollar: Mateta, 64; 69; 90+7-pen – Krupi, 7; 38. R.Kristie, 89.

Mançester Siti – Everton 2:0
Qollar: Haland, 58; 63.

Sanderlend – Vulverhempton 2:0
Qollar: Mukiele, 16. Kreyçi, 90+2-öz qapısına.

Fulhem – Arsenal 0:1
Qol: Trossard, 58.

19 oktyabr

Tottenhem – Aston Villa 1:2
Qollar: Bentankur, 5 – M.Rocers, 37. Buendiya, 77.

Liverpul – Mançester Yunayted 1:2
Qollar: Qakpo, 78 – Mbömo, 2. Maquayr, 84.

20 oktyabr

23:00. Vest Hem – Brentford

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: