Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, “Rizəspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb.
Bu komandaların görüşü qolsuz yekunlaşıb. Günün digər oyununda cari mövsümə uğursuz start vermiş “Beşiktaş” səfərdə “Konyaspor”la üz-üzə gəlib. “Qara qartallar” bu oyundan inamlı qələbə ilə ayrılıblar.
Türkiyə çempionatının geridə qalmış 7 turundan sonra 25 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 20 xalla ikinci, “Fənərbağça” 19 xalla üçüncüdür. “Qaziantep” 17, “Göztəpə”, “Beşiktaş” və “Samsunspor” 16, “Alanyaspor” 13, “Konyaspor” 11, “Antalyaspor” 10 xal toplayıb.
Türkiyə, Super Liqa
3-cü turun oyunları
22 oktyabr
Rizəspor – Başakşəhər 0:0
Konyaspor – Beşiktaş 0:2
Qollar: Ndidi, 21. T.Abraham, 72.


