Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 13-cü turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
13-cü turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 5-də, 7-də və 8-də keçiriləcək.
Qeyd edək ki, mövsümün geridə qalmış 10 turundan sonra 23 xal toplamış “Sabah-2” zirvədə qərarlaşıb. 19 xalı olan “Neftçi-2” ikinci, 18 xala malik “Qarabağ-2” isə üçüncüdür.
Əvəzedicilər Liqası
13-cü tur
5 dekabr
“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Binə qəsəbə stadionu, 14:00.
7 dekabr
“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.
“Neftçi-2” – “Turan Tovuz-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Zirə-2” – “Sumqayıt-2”
“Rekord Arena”, 15:00.
8 dekabr
“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.


