“Liverpul” son 60 ilin ən pis nəticəsinə imza atdı

İngiltərə Premyer Liqasının 12-ci turunda “Nottingem Forest”ə 0:3 hesabı ilə uduzmuş “Liverpul” yarışda son 60 ilin ən pis nəticəsinə imza atıb.

Arena.az bu barədə “Opta Sport” statistika portalına istinadən xəbər verir.

Sözügedən komanda 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) alıb. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.

Yeri gəlmişkən, “qırmızılar”ın kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk “Nottingem Forest”ə 0:3 hesablı gözlənilməz məğlubiyyəti şərh edib:

“Hamı pərişandır, amma elə, belə də olmalıdır. Axı evdə “Nottingem Forest”ə məğlubiyyət – bu, çox pisdir. Bu, deyə biləcəyim ən yumşaq fikirdir”, deyə Van Deyk vurğulayıb.

Xatırladaq ki, “Liverpul” hazırda 18 xalla İngiltərə çempionatının yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: