Əvəzedicilər Liqası: Son gündə iki 1:1

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 12-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Araz-Naxçıvan”ın ikinci komandası “Kəpəz”i, “Sumqayıt”ın gəncləri isə “Qəbələ”ni qəbul edib. Hər iki oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Əvəzedicilər Liqası
12-ci tur

29 noyabr

“Turan Tovuz-2” – “Qarabağ-2” 0:4
Qollar: Məsud Əlişanlı, 12. Nicat Xasıyev, 46. Əli İbrahim, 73. Uğur Səfərov, 76.
Hakimlər: Rövşən Rəcəbov, Taleh Məmmədov, Rəşad Quliyev, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Şamaxı-2” – “Zirə-2” 2:3
Qollar: Nihat Mehralıyev, 62. Davud Mənsumov, 90 – Rauf Qafarov, 14. Ramiz Muradov, 33. Murad Ələkbərov, 72.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Orxan İbişov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:00.

30 noyabr

“Sabah-2” – “Neftçi-2” 5:0
Qollar: Amir Qəribov, 30-pen. Nihat Cabbarov, 60; 72. Şahin İbrahimov, 63. Camal Cəfərov, 74.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Bayıl Arena”, 14:00.

1 dekabr

“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 1:1
Qollar: İftixar İbrahimov, 45 – Elxan Məmmədov 60.
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Sənan Atayev, Niyaz Əhədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.

“Sumqayıt-2” – “Qəbələ-2” 1:1
Qollar: Nicat Məmmədzadə, 2 – Elşad Tağıyev, 30.
Hakimlər: Alik Yunusov, Rasim Axundov, Nurlan Əhmədzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: