“Napoli” qalib gəldi, “Milan” xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 37-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub.

“Benevento” – “Krotone” matçında qalib müəyyənləşməyib.

“Sampdoriya” səfərdə “Udineze”yə, “Sassuolo” isə “Parma”ya qalib gəlib.

“Fiorentina”nın qonağı olan “Napoli” də qalib gəlməklə UEFA Çempionlar Liqasına vəsiqə şanslarını yaxşılaşdırıb. “Milan” isə “Kalyari” ilə ev oyununda xal itirsə də, üçüncü pillədəki mövqeyini qoruyub.

İtaliya A Seriyası
37-ci tur
15 may

Cenoa – Atalanta 3:4
Qol: Şomurodov, 48; 84. Pandev, 67-pen – Sapata, 9. Malinovski, 26. Qosens, 44. Paşaliç, 51.

Spetsiya – Torino 4:1
Qol: Saponara, 19. Nzola, 41-pen; 74. Erliç, 84 – Belotti, 54-pen.

Yuventus – İnter 3:2
Qol: Ronaldo, 24. Kuadrado, 45+3; 88 – Lukaku, 35-pen. Kyellini, 83-öz qapısına.

Roma – Latsio 2:0
Qol: Mxitaryan, 42. Pedro, 78.

16 may

Fiorentina – Napoli 0:2
Qol: İnsinye, 56. Venuti, 67-öz qapısına.


Benevento – Krotone 1:1
Qol: Lapadula, 13 – Simi, 90+3.


Udineze – Sampdoriya 0:1
Qol: Kvalyarella, 88.


Parma – Sassuolo 1:3
Qol: B.Alves, 32 – Lokatelli, 25-pen. Defrel, 62. Boqa, 69.


Milan – Kalyari 0:0


17 may

22:45 Verona – Bolonya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: