Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun “Liverpul”la səfər oyunu “Mançester Siti” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “şəhərlilər” 2004-cü ildən bəri yerli çempionatda səfərdə bu komandaya ikinci dəfə qalib gəlib.
Bundan əlavə, Mançester təmsilçisi 89 il sonra bir liqa mövsümündə “Liverpul”u hər iki matçda məğlub edib.
Xatırladaq ki, ötən mövsüm Premyer Liqa çempionu olmuş “Liverpul” bu mövsüm 39 xalla 6-cı pillədə qərarlaşıb. “Mançester Siti” isə 50 xalla ikinci pillədə qərarlaşıb. Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 2025/2026-cı illər mövsümündə keçirdiyi 25 oyunda 15 qəlbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
İngiltərə Premyer Liqasının cari mövsümünə 56 xala malik “Arsenal” liderlik edir.


