AFFA Kurban Berdıyevi 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Kuboku, 1/4 finalın ilk oyunları

“Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə sözügedən kluba xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Tovuz komandası buna görə 2500 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. Tovuz komandası buna görə də 10 000 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: