Məlum olduğu kimi, “Milan” İtaliya A Seriyasının 29-cu turu çərçivəsində “Olimpiko”da “Latsio”ya 0:1 hesabı ilə məğlub olub.
Arena.az xəbər verir ki, bu, sözügedən komandanın cari mövsümdə ilk səfər məğlubiyyəti olub.
Ümumilikdə isə “rossoneri” cari mövsümdə 3-cü dəfə məğlubiyyət acısı yaşayıb. Komanda səfərdə keçirdiyi 15 oyunda 9 qələbə qazanıb, 5 heç-heçəyə imza atıb. Rəqib qapılarından 25 top keçirmiş “rossenri” 10 qola üzülüb.
“Milan” bütövlükdə bu mövsüm A Seriyasında keçirdiyi 29 oyunda 17 qələbə qazanıb, 9 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Komanda 60 xalla ikinci pillədə qərarlaşıb və lider “İnter”dən 7 xal geri qalır. “Rossoneri”nin cari mövsümdə ən azı UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı şübhə doğurmur.


