Emin Mahmudov mövsümün 2-cisi oldu

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından birini vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən erkən qollarından biri vurulub. 31-ci turun “Neftçi” – “Şamaxı” matçında hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə 2-ci turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

Xatırladaq ki, Eminin hesabı açdığı “Neftçi” – “Şamaxı” oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: