Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasında mövsümün sonuncu – 27-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Neftçi-2” – “Şamaxı-2” oyununun 33-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Həbib İsmayılov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı-2” buna görə 250 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib. Oyun bitəndən sonra “Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. Naxçıvan komandası buna görə 300 manat cərimə edilib. Oyunun 32-ci dəqiqəsində “Sabah”ın futbolçusu Ramil Nuraxmedov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Sabah-2” buna görə 800 manat cərimə edilib. Oyun bitəndən sonra “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Sabah-2” buna görə 300 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Sumqayıt komandası 70 manat cərimə edilib.


