Qadın futbolçular arasında Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə mübarizəyə start verib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu ÇL-in 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.
Yunanıstanın Veria şəhərində baş tutmuş 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
Siyasət Əsgərovun yetirmələrinin 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda sonuncu rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.


