Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat paylaşıb.
Yarımmüdafiəçinin yubiley topu Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.
Milli komandamızın kapitanı “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Qeyd edək ki, Emin Mahmudov “Neftçi”nin qitəmiqyaslı klub turnirlərində ən məhsuldar oyunçusudur.
Xatırladaq ki, “Neftçi” Minsk “Dinamo”su ilə Bakıda baş tutmuş ilk oyunda 2:4 hesablı məğlubiyyətə üzülüb. Cavab qarşılaşması gələn həftə Bolqarıstanda keçiriləcək.


