“Neftçi”nin mərkəz hücumçusu Ağadadaş Salyanski bundan sonra Premyer Liqanın digər klubu “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək. Onunla icarə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulub.
Ağadadaş Salyanski “Neftçi”nin öz yetirməsidir. O, indiyə qədər yalnız paytaxt klubunun uğurları üçün çalışıb. Gənc forvard bu komandanın heyətində 50 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Araz-Naxçıvan” daha öncə Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Abdallah Sudi, Mamadu Kane və Ceyhun Nuriyevi də heyətinə qatıb.
Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə yeni müqavilə imzalanıb.
Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov və Slavik Alxasov isə komandanı tərk ediblər.


