Əvəzedicilər Liqasında ilk turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Əvəzedicilər Liqasında 2026/2027-ci illər mövsümünə avqustun 21-də start veriləcək. İlk turunun görüşləri 21, 22 və 24 avqustda keçiriləcək.

PFL-in yaydığı məlumatda o da vurğulanır ki, 1-ci turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq (tam versiya).

Əvəzedicilər Liqası
1-ci tur

21 avqust

“Zirə-2” – “Şəfa-2”
Binə qəsəbə stadionu, 17:00.

“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.

22 avqust

“Şamaxı-2” – “Qarabağ-2”
Şamaxı şəhər stadionu, 17:00.

“Kəpəz-2” – “Sabah-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

24 avqust

“Araz-Naxçıvan-2” – “İmişli-2”
Binə qəsəbə stadionu, 17:00.

“Turan Tovuz-2” – “Qəbələ-2”
Tovuz şəhər stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: