İngiltərənin “Aston Villa” komandasının baş məşqçisi Unai Emeri UEFA Super Kubokunda PSJ-yə 1:2 hesablı məğlubiyyəti şərh edib.
Arena.az xəbər verr ki, ospaniyalı mütəxəssis komandasında bəzi futbolçuların çatışmadığını və hələ görüləsi işlərin çox olduğunu bildirib.
Buna baxmayaraq, onun sözlərinə görə, qarşılaşma “Aston Villa”nın dünyanın ən güclü komandalarından birinə qarşı layiqli mübarizə apara biləcəyini göstərib:
“Çox razıyam. Bəzi futbolçularımız çatışmırdı və üzərində işləməli olduğumuz məqamlar hələ var. Lakin bu oyun bizə göstərdi ki, yüksək səviyyəli komandaya müqavimət göstərə bilərik”, – deyə Emeri bildirib.
“Aston Villa”nın PSJ ilə matçda özünəinamlı çıxış etdiyini vurğulayan baş məşqçi komandasının yaratdığı qol imkanlarından da razı qaldığını söyləyib:
“PSJ-yə qarşı mübarizə apara biləcəyimizi hiss edirdik və mənim üçün ən vacib məqam da budur. Bu kuboku qazanmaq istəyirdim. Oğlanlarla və onların necə mübarizə apardıqları, qol imkanları yaratdıqları ilə çox qürur duyuram”.


