İngiltərənin “Liverpul” klubunun Şimali İrlandiyadan olan cinah hücumçusu Kiran Morrison Premyer Liqa nəhəngindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı vinger 2026/2027-ci illər mövsümündə “Şeffild Uensdey”də çıxış edəcək. İcarə müqaviləsində futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Morrison qarşıdakı mövsüm bitən kimi “Liverpul”a qayıdacaq.
Xatırladaq ki, Kiran Morrison futbola “Mançester Yunayted”də başlasa da, 2019-cu ildə “Liverpul”un aşağı yaş qruplarına cəlb olunub. O, 2025-ci ildən əsas komandada yer alır. Gənc futbolçu “qırmızılar”ın əsas komandasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Şimali İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Morrison bu il əsas millidə debüt edib, hələlik 1 oyun keçirib.


