Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.premierleague.comxəbər verir ki, yeni mövsümün ilk turunun ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Mançester Yunayted” ilk turda “Hall Siti”yə, “Tottenhem” “Brentford”a məğlub olub. “Everton” “Kristal Pelas”ı, “İpsviç Taun” “Sanderlend”i xalsız yola salıb. “Nottingem Forest” isə “Lids”lə ev oyununda xalsız qalıb.
İlk turun qalan görüşləri avqustun 23-də və 24-də baş tutacaq.
İngiltərə, Premyer Liqa
1-ci tur
21 avqust
Arsenal – Koventri Siti 3:0
22 avqust
Hall Siti – Mançester Yunayted 2:0
Everton – Kristal Pelas 2:0
İpsviç Taun – Sanderlend 2:1
Nottingem Forest – Lids 0:1
Brentford – Tottenhem 3:0
23 avqust
17:00. Brayton – Aston Villa
17:00. Mançester Siti – Bornmut
19:30. Nyukasl – Liverpul
24 avqust
23:00. Fulhem – Çelsi


