“Mançester Siti”nin misirli mərkəz hücumçusu Ömər Marmuş bundan sonra İngiltərənin digər klubu “Tottenhem”də çıxış edəcək.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Tottenhem” Marmuşu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Xatırladaq ki, “Mançester Siti” Ömər Marmuşu 2025-ci ilin yanvarında Frankfurt “Ayntraxt”ından 75 milyon avro məbləğ müqabilində transfer edib. Misirli futbolçunun İngiltərə klubu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Marmuş “Mançester Siti”nin heyətində 62 oyuna çıxıb, 16 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Mərkəz hücumçusu olan Ömər Misirin “Vadi Deqla” klubunun yetirməsidir. Misirli futbolçu daha əvvəl “Volfsburq”, “Sankt Pauli”, “Ştutqart” və Frankfurt “Ayntraxt”ında çıxış edib.
Ömər Marmuş 2021-ci ilin oktyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 55 oyuna çıxıb, 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı misirli mərkəz hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.



