“Montsa” 28 yaşlı italiyalı mərkəz yarımmüdafiəçisi Maykl Folorunşonu “Napoli”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Montsa”nın mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər müddətdə qüvvədə olacaq.
Keçid Folorunşonun yeni klubuna 500 min avro məbləğ müqabilində başa gəlib. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt də nəzərdə tutulub. Bu maddənin aktivləşdirilməsi üçün “Montsa” “Napoli”yə daha 7 milyon avro ödəməlidir.
Maykl Folorunşo “Latsio”nun məzunudur. Yarımmüdafiəçi böyük futbolda “Virtus Frankavilla”nın heyətində debüt edib, ardınca “Napoli”də, həmçinin icarə əsasında “Bari”, “Recina”, “Pordenone”, “Verona” və “Fiorentina”da çıxış edib. “Napoli” futbolçunu ötən mövsüm “Kalyari”yə də icarəyə vermişdi.
Maykl Folorunşo 2024-cü ilin iyun ayında debüt etdiyi İtaliya yığması üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.
Maykl Folorunşonun qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtalya çempionluğu (2024/2025) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı italiyalı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.



