UEFA Çempionlar Liqasının (ÇL) 2026/27 mövsümünün Liqa mərhələsinin ilk turu “Betis”in yarımmüdafiəçisi İsko üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında eyni ölkənin 5 müxtəlif komandasının heyətində meydana çıxan ilk futbolçu olub.
34 yaşlı oyunçu buna ÇL-in Liqa mərhələsi çərçivəsində Fransanın “Lill” komandasında 3:2 hesabı ilə qalib gəldikləri matçda start heyətində yer almaqla nail olub.
İspaniyalı yarımmüdafiəçi daha əvvəl Avropanın bir nömrəli klub turnirində “Valensiya”, “Malaqa”, “Real” və “Sevilya”nın da şərəfini qoruyub. O, 2023-cü ildən “Betis”də çıxış edir.
Qeyd edək ki, İsko 2026/2027-ci illər mövsümündə keçirdiyi 5 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Lill” ilə səfər matçının 61-ci dəqiqəsində əvəzlənib. Komandasının 49-cu dəqiqədə vurduğu ikinci qolda da məhsuldar ötürməni məhz İsko verib.


