Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 7-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
7-ci turun görüşləri dörd günü əhatə edəcək. Oktyabrın 23-də iki, 24-də və 25-də bir, 26-da isə iki qarşılaşma baş tutacaq.
Əvəzedicilər Liqası
7-ci tur
23 oktyabr
“İmişli-2” – “Qarabağ-2”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Araz-Naxçıvan-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 14:00.
24 oktyabr
“Neftçi-2” – “Sabah-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
25 oktyabr
“Şəfa-2” – “Turan Tovuz-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
26 oktyabr
“Zirə-2” – “Şamaxı-2”
Binə qəsəbə stadionu, 14:00.
“Sumqayıt-2” – “Qəbələ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.


