Andoni İraola: “Bir futbolçu az olanda hər şey kökündən dəyişir”

“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının 6-cı turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “qırmızılar” ev oyununda 0:3 hesabı ilə məğlub olublar.

Andoni İraola matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının biabırçı məğlubiyyətinə aydınlıq gətirib. İspaniyalı mütəxəssis qarşılaşmanın gedişatının Rayan Qravenberxin 62-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra dəyişdiyini bildirib:

“Düşünürəm ki, hər şey aydındır: bu gün sanki iki fərqli oyun keçirdik. Birinci hissə 60-cı dəqiqəyə qədər davam etdi, ikinci isə qırmızı vərəqədən sonra başladı. İlk mərhələdə daha üstün tərəf biz idik, bundan sonra isə rəqib daha yaxşı oynadı. “Mançester Siti”yə 11 nəfərlə də təzyiq göstərmək çətindir. Bir futbolçu az olanda isə hər şey kökündən dəyişir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: