Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinin oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Kuboku, 1-ci təsnifat mərhələsi
“Difai” – “Zəngəzur” oyunu bitdikdən sonra “Zəngəzur”un paltardəyişmə otağına zərər vurulduğuna görə “Zəngəzur” komandası 100 manat cərimə edilib.
“Şirvan” – “Kür-Araz” oyunu “Şirvan”ın formasında problem olması səbəbindən gec başladığına görə “Şirvan” 150 manat cərimə edilib.
“Ağdaş” – “Hypers” oyununun 6-cı dəqiqəsində “Hypers”in futbolçusu Saleh Süleymanov rəqibi aşkar qol imkanında məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Hypers” buna görə 100 manat cərimə ödəyəcək. Bu oyunda “Hypers”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub daha 300 manat cərimə ödəyəcək.


