Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turunun qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.
Türkiyə təmsilçisi “Beşiktaş” bu turda İngiltərənin “Kristal Pelas” komandasını qəbul edib. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib.
“Yuventus” İtaliyada “Renn”lə (Fransa) qarşılaşıb. Turinlilər bu oyundan heç-heçə ilə ayrılıblar. İtaliyanın digər təmsilçisi “Milan” isə İngiltərədə “Bornmut”un qonağı olub və 3 cavabsız qola üzülüb. “Hoffenhaym” (Almaniya) isə evdə Lion “Olimpik”inə (Fransa) böyük hesabla qalib gəlib.
Avroliqa
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
Ararat (Ermənistan) – Alkmaar (Niderland) 0:4
Dinamo (Zaqreb, Xorvatiya) – Neymegen (Niderland) 2:4
Ferentsvaroş (Macarıstan) – Torrense (Portuqaliya) 4:1
Yuventus (İtaliya) – Renn (Fransa) 2:2
Lex (Poznan, Polşa) – Sanderlend (İngiltərə) 1:1
OFİ (Yunanıstan) – Bayer (Leverkuzen, Almaniya) 0:2
Yunion (Belçika) – Hapoel (Beer-Şeva, İsrail) 4:0
Şturm (Qrats, Avstriya) – Olimpik (Marsel, Fransa) 1:0
Beşiktaş (Türkiyə) – Kristal Pelas (İngiltərə) 2:2
Bornmut (İngiltərə) – Milan (İtaliya) 3:0
Çelye (Sloveniya) – Zalsburq (Avstriya) 2:2
Seltik (Şotlandiya) – Selta (İspaniya) 1:2
Hoffenhaym (Almaniya) – Olimpik (Lion, Fransa) 3:0
Yagelloniya (Polşa) – Anderlext (Belçika) 0:3
Lillestrom (Norveç) – Real Sosyedad (İspaniya) 0:6
Olimpiakos (Yunanıstan) – Sparta (Praqa, Çexiya) 1:0
Omoniya (Kipr) – Benfika (Portuqaliya) 1:4
Viktoriya (Plzen, Çexiya) – Levski (Sofiya, Bolqarıstan) 1:2


