“İmişli” üçün 10-cu qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Premyer Liqada 2-ci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib – 2:1.

İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan 2-si ev, 8-i səfər oyununda əldə olunub.

“İmişli” turnirin tarixinə ən azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komandanın ilk uğuru 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında əldə olunub – 1:0.

Xatırladaq ki, əyalət təmsilçisi cari mövsümə uğursuz start versə də, son turlarda ardıcıl qələbələrə sevinir. Komanda keçirdiyi 9 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. 10 xala malik bölgə klubu 12 iştirakçı arasında 8-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: