U-15 dünya çempionatı: Millimiz İsrailə qalib gəldi

Azərbaycan milli komandası Bakıda təşkil edilmiş futbol üzrə U-15 dünya çempionatı və festivalında bu gün növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komandamız bu dəfə İsrail yığması ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç millimiz üçün uğurlu alınıb. Azərbaycan millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Yusif Əlizadə dubla imza atıb. Digər qolu isə Qafar Babayev vurub.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komandamız Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: