Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün 9-cu turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb.
“Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”ni çalışdırır. Komanda onun rəhbərliyi dövründə 112 qələbə qazanıb. Qəsəbə təmsilçisi qalan oyunlarda da 76 heç-heçə edib və 62 məğlubiyyətə üzülüb. “Qartallar”ın top fərqi isə 316-237-dir.
Rəşad Sadıqovun rəhbərliyi altında keçirilmiş 250 oyundan 206-sı Azərbaycan Premyer Liqası, 28-i Azərbaycan Kuboku, 16-sı isə avrokubok matçı olub.
Qeyd edək ki, baş məşqçinin “Zirə”dəki debütü 2020-ci il avqustun 23-də Azərbaycan Premyer Liqasının “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.


