Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Araz-Naxçıvan” – “Uypeşt” (Macarıstan) oyununun təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu matçı Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçeviç (Latviya) idarə edəcəklər.
Dominik Lorke (Polşa) “timekeeper”, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, sözügedən qarşılaşma oktyabrın 27-də Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
UEFA Çempionlar Liqası
5-ci qrup
27 oktyabr
Araz-Naxçıvan – Uypeşst
Hakimlər: Viktor Chaix (Fransa), Sergey Saçmans (Latviya), İqor Yaçeviç (Latviya).
Timekeeper: Dominik Lorke (Polşa).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna).
Qlivitse. Prezero Arena. Saat 16:00.


