Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən U-15 dünya çempionatında İsrail yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Hövsan Yarış Kompleksində keçirilmiş bu görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Famil Xəlilov oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Futbolçuları təbrik edirəm. Onlar buna layiq idilər və qələbə qazandılar. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar bu təzyiqin öhdəsindən gələ bildilər. Bizi sevindirən amillərdən biri də budur”.
Mütəxəssis qrupdakı vəziyyəti də dəyərləndirib:
“Avstraliya qrupu böyük ehtimalla lider kimi başa vuracaq. Bizim və Haiti yığmalarının 9 xalı var və ikincilik uğrunda mübarizə aparırıq. Növbəti oyunda heç-heçə və ya qələbə qazanmaq qrupu ikinci pillədə başa vurmağımıza imkan verəcək. Bütün diqqətimizi buna yönəltmişik”.
Qeyd edək ki, Azərbaycan millisi hazırda 9 xalla qrupda 3-cü yerdə qərarlaşıb. Yığmamız növbəti oyununu bu gün saat 18:15-də Hövsan Yarış Kompleksində Haiti millisinə qarşı keçirəcək.


