“Araz” Çempionlar Liqasını məğlubiyyətlə başa vurdu

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi ÇL-in əsas mərhələsinin B divizionunda 5-ci qrupun sonuncu – 3-cü turu çərçivəsində Polşada yerli “Pyast”la qarşılaşıb.

Qlivitsedəki “Prezero Arena”da keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə dörd qol vuran Polşa təmsilçisi fasiləyə böyük üstünlüklə yollanıb.

Azərbaycan komandasının heyətində Cavad Məmmədov, Rəvan Məşiyev, Ədalət Ələkbərov, Nurlan Məmmədov, Novruz Kazıxanov, Emin Kürdov (kapitan), Murad Quluzadə, Eldar Zeynalov, Yaqo Enrike, Oqtay Rüstəmli, Kənan Manafov, Ülvi Əliyev, Tofiq Mikayılov və Oqtay Mahmudzadə yer alıblar.

Qeyd edək ki, Naxçıvan klubu bundan əvvəl Macarıstanın “Uypeşt” komandasına 5:4 hesabı ilə qalib gəlib, Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə isə 3:5 hesabı ilə uduzub.

Beləliklə, “Araz-Naxçıvan” qrup mərhələsini 3 xalla başa vurub. “Pyast” 7 xalla birinci, “Buba Mara” 6 xalla ikinci, Azərbaycan təmsilçisi 3 xalla üçüncü, “Uypeşt” isə 1 xalla sonuncu yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: