Arteta: “Arsenal” hücumlarda daha dəqiq olmalıdır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 10-cu turunda “Hall Siti” üzərində 1:0 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis komandasının daha böyük hesabla qalib gələ biləcəyini bildirib.

Onun sözlərinə görə, “Arsenal” hücumların sonluğunda və son ötürmələrdə kifayət qədər dəqiq olmayıb.

“Topu qapıya çatdırmaq üçün yaratdığımız imkanlardan daha səmərəli istifadə etməliyik. Bir neçə dəfə qapıçı ilə üz-üzə qaldıq. Bəzən elə hiss olunur ki, ideal qol vurmağa çalışırıq. Daha praqmatik və bir qədər də xaotik olmalıyıq”, – Arteta deyib.

“Arsenal” bu qələbə sayəsində mövsümdə 10 oyundan 27 xal toplayıb. London təmsilçisi 10 turdan sonra 9 qələbə ilə turnir cədvəlinin zirvəsində qərarlaşıb. Martin Edeqorun qolu komandanın ardıcıl beşinci Premyer Liqa qələbəsini təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: