Səlahət Ağayev “Neftçi”dən getdi

“Neftçi” PFK qapıçı Səlahət Ağayev ilə başa çatan müqaviləni yeniləməyib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Klub göstərdiyi xidmətə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb. O, 2017-ci ildən bu klubun uğurları üçün çalışırdı. 30 yaşlı qolkiper daha öncə “İnter” (indiki “Keşlə”), MOİK və “Sumqayıt”da da forma geyinib.

“Neftçi” Səlahətdən öncə Keysuke Honda, Rener Alveş, Ahmed Ahmedov və Bruno Teluşi ilə də yollarını ayırmışdı. Paytaxt klubu Rəhman Hacıyev və Turan Vəlizadəni isə yenidən “Keşlə”yə icarəyə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: