Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə əvvəlcə “Şamaxı” “Qəbələ”ni qəbul edib.
Şamaxı şəhər stadionunda təşkil edilmiş qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olub. Meydan sahibləri yekunda inamlı qələbəyə seviniblər. “Qəbələ” 47-ci dəqiqədən etibarən azlıqda mübarizə aparmaq məcburiyyətində qalıb.
Premyer Liqa
13-cü tur
29 noyabr
“Şamaxı” – “Qəbələ” 2:0
Qol: Ayman Buali, 11. Edqar Adilxanov, 61.
Qırmızı vərəqə: Səlahət Ağayev, 47.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.
Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Buali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ, 44. David Santos.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 7. Bruno Silva, 6. Xayme Syerra, 16. İsaak Amoa, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 9. Karim Rossi, 8. Endri Çekici, 12. Kouya Mabea, 5. Natan Monzanqo.
Baş məşqçi: Yeton Bekiri.


