U-19 millimiz Serbiyada 2-ci məğlubyyətinə üzüldü

Azərbaycanın qadınlardan ibarət U-19 milli komandası futbol üzrə Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, 1-ci seçmə mərhələnin qrup mərhələsinin 2-ci turunda Azərbaycan millisi Şimali Makedoniyanın U-19 yığması ilə qarşılaşıb.

Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin meydançasında təşkil edilmiş görüş Şimali Makedoniyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Millimiz hər iki qolu ilk hissədə buraxıb.

Beləliklə, Azərbaycan millisi seçmə mərhələdə növbəti məğlubiyyətinə üzülüb. Komandamız ilk turda qrup oyunlarına ev sahibliyi edən Serbiya yığmasına da 0:4 hesabıyla uduzmuşdu.

Yığmamızın qarşıda daha bir oyunu var. Azərbaycan millisi dekabrın 2-də Monteneqro yığması ilə üz-üzə gələcək.

Hazırda B Liqasının 3-cü qrupundakı vəziyyət belədir:

Şimali Makedoniya – 6. Serbiya – 3. Monteneqro – 0. Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: