Nəriman Axundzadə “Fənər”ə qarşı 9 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin “Ərzurumspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Türkiyə Super Liqasında 2026/2027-ci illər mövsümünün 13-cü turunun oyunları keçirilir.

Nəriman Axundzadəli “Ərzurumspor” bu turda “Fənərbağça” ilə qarşılaşıb. Səfərdə baş tutmuş görüşdə Ərzurum təmsilçisi böyük hesabla uduzub – 0:3. Nəriman matçın 81-ci dəqiqəsində meydana buraxılıb.

“Ərzurumspor” 13 turdan sonra 14 xalla 18 iştirakçı arasında 13-cüdür.

Xatırladaq ki, “Ərzurumspor” Nərimanı ABŞ klubu “Kolumbus Kru”dan bir mövsümlük icarəyə götürüb. Axundzadə 2026/2027-ci illər mövsümünün sonuna kimi Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti də nəzərdə tutulub. 23 yaşlı futbolçu yeni klubunda 3 rəsmi oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə bu ilin fevral ayında Ağdam klubundan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: