Zamiq Əliyev “Elbasani”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2026/2027-ci illər mövsümünün 13-cü turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Əliyev bu oyunda 90 dəqiqə mübarizə aparıb.

“Eqnatiya” cari mövsümdə topladığı 30 xalla 10 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komanda keçirdiyi 13 oyunda 10 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 90 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: