“Neftçi” PFK cinah yarımmüdafiəçisi Stiven Jozef Monroz ilə başa çatan müqaviləni yeniləməyib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.
Geridə qalan mövsümdə Azərbaycan çempionu olan “Neftçi” Keysuke Honda, Rener Alveş, Ahmed Ahmedov, Bruno Teluşi, Səlahət Ağayev və Anton Krivotsyukla da yollarını ayırmışdı. Rəhman Hacıyev və Turan Vəlizadə isə “Keşlə”yə icarəyə verilib.


