Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Emre Akbaba ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Emre Akbaba 2018-ci ilin yayından “Qalatasaray”da çıxış edir. O, İstanbul təmsilçisinə “Alanyaspor”dan transfer edilib. Yarımmüdafiəçi bu komandada indiyə qədər 71 oyuna çıxıb, 14 qola imza atıb.


