İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Tahit Çonqu yenidən icarəyə göndərib. Arena.az xəbər verir ki, 21 yaşlı niderlandlı futbolçu 2021/22 mövsümünü “Birmingem Siti”də icarədə keçirəcək.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Gənc yarımmüafiəçi bir mövsümlük icarəyə götürülüb.
Qeyd edək ki, Tahit Çonq “Feyenoord”un yetirməsi olsa da, 2016-cı ildə “Mançester Yunayted”ə keçib. O, geridə qalan mövsümü də Almaniyanın “Verder” və Belçikanın “Brügge” klublarında icarədə keçirib. Niderlandın gənclərdən ibarət yığmasının üzvü “Mançester Yunayted” klubunun əsas komandasında cəmi 16 matça çıxıb.


