Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsinndə iyulun 21-də keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Neftçi” matçının hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi Silva Pineyro Joao Pedro olacaq. Ona yan xətt hakimləri Pereyra Kosta Tyaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək. UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.
Qeyd edək ki, “Olimpiakos” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasında cavab matçı iyulun 28-də Bakıda keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüşə saat 21:00 start veriləcək. Cavab qarşılaşmasını isə İspaniyadan olan hakimlər briqadası idarə edəcək.


