Elşad Əhmədov yenidən “Neftçi”də!

“Neftçi”nin sabiq baş məşqçisi Elşad Əhmədov yenidən paytaxt klubuna qayıdıb. Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssis bundan sonra “Neftçi”nin Futbol Akademiyasında çalışacaq. Belə ki, Əhmədov akademiyanın koordinatoru vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Elşad Əhmədov 2017-ci ildə “Neftçi”nin əsas komandasını çalışdırıb. O, bunadək klubun əvəzedici, U-19 və U-17 komandalarının da baş məşqçisi olub. 2018-ci ildən isə o, “Sabah”da çalışırdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: