Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.
Tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi”nin də potensial rəqibi məlum olub.
“Neftçi” 2-ci təsnifat mərhələsində “Olimpiakos”u (Yunanıstan) keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin görüşləri 3-4 və 10 avqustda oynanılacaq.
“Neftçi” 2-ci mərhələ çərçivəsində “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
“Olimpiakos” / “Neftçi” – “Mura” / “Ludoqorets”


