Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Berkan Kutlunu transfer edib.
Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İsveçrədə dünyaya gələn, peşəkar karyerasına da bu ölkədə başlayan Berkan Kutlu, ötən mövsümün əvvəlindən “Alanyaspor”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 42 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi əvvəllər İsveçrənin “Montey” və “Sion” klublarının da formasını geyinib.
“Qalatasaray” daha öncə Barış Alper Yılmaz, Alpaslan Öztürk, Aytaç Kara, Aleksandru Çikaldau, Saşa Boy və Patrik van Anholtu da transfer etmişdi.


