“Neftçi” Avropa Liqasında “Fənərbaxça” ilə qarşılaşacaq – HJK-nı keçsə

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkdə Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi”nin də potensial rəqibi məlum olub.

Azərbaycan çempionu Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

Fənərbaxça (Türkiyə) – Neftçi (Azərbaycan)/HJK (Finlandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: