Endryu Robertson daha 5 il “Liverpul”da!

İngiltərənin “Liverpul” klubu sol cinah müdafiəçisi Endryu Robertson ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Şotlandiyalı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayınadək artırılıb.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ildən Mersisayd təmsilçisinin formasını geyinir. 27 yaşlı oyunçu bu komandanın heyətində indiyə qədər 177 matça çıxıb, 5 qola imza atıb.

Şotlandiya yığmasında 48 matçda 3 dəfə fərqlənmiş müdafiəçi, əvvəllər “Hall Siti”, “Dandi Yunayted” və KPR kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: