“Liverpul” Cordan Henderson ilə müqaviləni yenilədi

İngiltərənin “Liverpul” klubu futbolçusu Cordan Henderson ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Cordan Henderson 2011-ci ildən “Liverpul”da çıxış edir. O, Premyer Liqa nəhəngində indiyə qədər 394 matça çıxıb, 30 qol vurub. Futbolçu daha öncə “Sanderlend” və “Koventri Siti” klublarında da çıxış edib. İngiltərə yığmasında 64 matça çıxan oyunçu, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: